Elm-təhsil
14.06.2018 / 10:40

"Açıq qapı" günü keçiriləcək- ATMU-də

"Açıq qapı" günü keçiriləcək-
Azərbaycan Turizm və Menecment Universitetində 2017/2018-ci tədris ilinin yay semestr, buraxlış işlərinin müdafiəsi və dövlət imtahanları keçirilir. İmtahanların təşkili və şəffaflığını izləmək məqsədilə 20 iyun 2018-ci il saat 12.00-da ATMU-da "Açıq qapı"günü təşkil olunub.

Bu barədə İnform.az-a Universitetin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, dəvətlilər sırasında millət vəkilləri, QHT, KİV və sənaye nümayəndələri,o cümlədən valideynlərin olması qərara alınıb.

ATMU kollektivi olaraq hər zaman bizim xəbərlərə öz səhifə və verilşlərində yer ayıran hörmətlli həmkarlarlarımı qeyd edilən tarix və saatda universitetin əsas binasında ( K.Rəhimov küç.822/823-cü məhəllə,Gənclik metrosunun yaxınlığında) keçirilən imtahan prosesini izləyəyib dəyərləndirənlər arasında görmək imkanından məmnun qalarıq.

İnform.az

Baxış sayı: 40