Baş xəbər, Hüquq
14.06.2018 / 09:36

"Ötən gün cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb"- DİN-in məlumatı

"Ötən gün cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb"-
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 124 cinayət faktı qeydə alınmış, onların da 26-sı “isti izlər”lə açılıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 84 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 9 nəfər, borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 9 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

İnform.az

Baxış sayı: 44