Baş xəbər, Mədəniyyət
14.06.2018 / 09:00

Yatağa düşməkdən qorxan DAHİ-VİDEO

Yatağa düşməkdən qorxan
Fuad Poladov-40

"Yatağa düşməkdən qorxuram" deyirsiniz əziz İNSAN!

Amma gərək qorxmayaydınız, çünki yataq nə kəraydi ki, ondan qorxurdunuz?

Yataq sizdən QORXDU...

Bəli, qorxdu, çünki SİZin kimi güclü, nəhəng RUHdan qorxmaya bilməzdi.

Gözlərinizi yumub, yataqla vidalaşanda belə, yenə də yataq SİZdən qorxdu.

Ona görə də, yataq SİZi yataqda boğdu...

Dünən sizinlə bağlı olan verilişlərə baxirdim, diqqətimi çox çəkdi APAtv-nın " Üç Dama" verilişindəki söhbətiniz.

Dörd il öncə çəkilib həmin verliş səhv etmirəmsə. Amma sanki bu gün danışırsınız,

"Həyacanlyam deyirsiniz"...

Axı SİZ heç vaxt həyacanı yaxına buraxmırdınız, nə oldu ki, birdən -birə?

Deyimmi nə olduğunu FUAD müəllim?

Gördüyünüz haqsızlıqlar, iyrəncliklər, nahaqlar sizin RUHunuzu zəiflətdi bəlkə də... Bəlkə də...

Bu gün yataqdan ayrıldığınız saatdan QIRX gün ötür...

QIRX gün...

Sanki bir göz qırpımında gəlib keçdi.

Başqaların bilmirəm, amma SİZi sevənlər, sizi unutmayanlar üçün bu QIRX gün yaman oldu, yaman...

İtirı-itirə gedirik, yaxşıların yoxluğundan sonra heyifslənir, sicilləmə yazılar yazırıq.

Zamanında yanlarında ola bilmirik, bəzilərimiz şəxsi problemlərimizdən, bəzilərimiz isə "ondan mənə nə xeyir vare"düşüncəsi ilə.

Deyəcəklərim çox olsa da, amma bu gün fikrimi çox qısa tamamlayacağam ƏZİZ İNSAN.

Bu dünyada yetərincə qayğınıza qala bilmədik, təbii ki, söhbət SİZi sadəcə SİZ olaraq sevənlərdən gedir.

Uca YARADAN əbədi dünyanızda mənzilinizi rahat edər inşallah.

Məni içimdən titrədən APAtv-də ki, həmin verilişi paylaşmaq istəyirəm ƏZİZİM.

Qoy SİZİ sevənlər, bir daha SİZi canlı olaraq izləsinlər.

Gözlərinizi qıyaraq gülümsəyən simanızı bir daha xatırlasınlar.

"FUAD POLADOV-40" niyə yazmışam bilirsiniz?

Bu gün SİZin SİZi sevənlərin qəlbində 40 yaşınız tamam olur.

Bizlər üçün qırx gün öncə yenidən doğuldunuz, UNUTMAYIN!!!

YOXLUĞUNUZla bizi qorxutmayın, bizim üçün hər zaman Varsınız, UNUDULMAZ DAHİ!



Xalidə Xalid

Baxış sayı: 797