Hərbi
13.06.2018 / 17:00

Hərbi qulluqçular Gəncə şəhərinin tarixi abidələri ilə tanış olublar- FOTO

Hərbi qulluqçular Gəncə şəhərinin tarixi abidələri ilə tanış olublar-
Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə bir qrup hərbi qulluqçu Gəncə şəhərinin tarixi yerləri ilə yaxından tanış olub.

İnform.az MN-nin Mətbuat xidmətindən verilən məlumata istinadən bildirir ki, hərbi qulluqçular Qala Qapıları Arxeologiya və Etnoqrafiya muzeyi, Nizami muzeyi və Nizami məqbərəsini ziyarət ediblər.

Sonra hərbi qulluqçular “Vətən uğrunda!” səyyar təşviqat dəstəsinin “Əsgərdən salam!” layihəsində iştirak ediblər.

Nizami Gəncəvinin məqbərəsi qarşısında keçirilən tədbirdə “N” nömrəli hərbi hissənin əsgərləri canlı yayım vasitəsilə ailə üzvlərinə, doğmalarına salamlarını çatdırıblar.

Hərbi qulluqçular Gəncə şəhərinin tarixi abidələri ilə tanış olublar-


Hərbi qulluqçular Gəncə şəhərinin tarixi abidələri ilə tanış olublar-


Hərbi qulluqçular Gəncə şəhərinin tarixi abidələri ilə tanış olublar-


Hərbi qulluqçular Gəncə şəhərinin tarixi abidələri ilə tanış olublar-


İnform.az

Baxış sayı: 71