Din
13.06.2018 / 16:31

“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq bu gün davab edib- Beyləqanda

 “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq bu gün davab edib-
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Beyləqan Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq iyunun 13-də öz işini davam etdirib.

Beyləqan Gənclər Mərkəzində təşkil olunan tədbirdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov, Beyləqan RİH başçısının birinci müavini Telman Məstanov, Beyləqan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramiz Əliyev, Beyləqan rayon Gənclər və İdman İdarəsinin rəisi Sənan Quliyev, rayonun aktiv gəncləri, o cümlədən YAP Beyləqan rayon təşkilatının gənc üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Telman Məstanov ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini, son illər bu istiqamətdə bir sıra işlərin görüldüyünü vurğulayıb. Qeyd edib ki, Dövlət Komitəsinin bölgələrdə həyata keçirdiyi bu kimi seminar-treninqlər insanların düzgün dini maarifləndirilməsi, gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi işinə böyük töhfədir.

Sonra söz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılova verilib. Çıxışını “İslam nədir?”, “Müsəlman kimdir?” və “Radikal kimdir?” sualları üzərində quran G.İsmayılov bu anlayışların hər birini detallı şəkildə açıqlayıb. Qeyd edib ki, “müasirlik və dindarlıq”, “müasirlik və əxlaq” məsələləri bəzən bir-biri ilə qarışdırılır. Halbuki inanc, əxlaq və müasirlik eyni qəbildən doğan anlayışlar deyil. Natiq onu da vurğulayıb ki, bu gün Azərbaycanın əleyhinə iş aparan maraqlı dairələr dini zəmində ayrı-seçkilik salmağa çalışırlar: “Ötən əsrin 90-cı illərində həmin dairələr milli zəmində qarşıdurma yaratmağa çalışdılar. Ancaq xalqımız Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək bu təhlükəni dəf etdi.

Bu mənada məqsədlərinə çatmayan sözügedən dairələr daha sonra yeni “istiqamət” kimi məhz dini seçdilər. Əsas hədəfləri isə yeniyetmələr və gənclərdir. Buna görə də bu kontingentlə sıx təmasda olan pedaqoqların üzərinə böyük iş və məsuliyyət düşür”.

Sədr müavini bildirib ki, bu gün “İslam nədir?” sualı ilə qarşılaşan əksər insanlar çox vaxt cavab kimi dinimizin şərtlərini sıralamaqla kifayətlənirlər. Halbuki dinimiz haqqında danışarkən daha çox onun məqsədlərindən bəhs etmək lazımdır: “İslamın beş əsas məqsədi vardır: insanı qorumaq, mülkiyyəti qorumaq, nəsli-ailəni qorumaq, ədaləti qorumaq, inancı qorumaq” – deyən natiq müsəlman və radikal insanların şəxsi keyfiyyətləri ilə bağlı da geniş məruzə ilə çıxış edib, tədbir iştirakçılarının bu məsələ barəsindəki fikirlərini öyrənib.

Gündüz İsmayılov bu gün cəmiyyətdə “müasirlik” və “inanclı olmaq” anlayışlarının qəsdən qarşı-qarşıya qoyulduğunu diqqətə çatdırıb. Bildirib ki, buna ən yaxşı cavab müasirliyin və İslamın rənglərini özündə birləşdirən, onların bir-birinə mane olmadan, paralel şəkildə mövcud ola biləcəyini göstərən üçrəngli şanlı bayrağımızdır.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

 “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq bu gün davab edib-


 “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda keçirilən ikigünlük seminar-treninq bu gün davab edib-


İnform.az

İnform.az

Baxış sayı: 75