Baş xəbər, Hüquq
13.06.2018 / 16:17

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 15 iyun-Milli Murtuluş günü qeyd edib

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 15 iyun-Milli Murtuluş günü qeyd edib
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan toplantı keçirilib.

İnform.az Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən bildirir ki, tədbir zamanı Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun tarxinin ökəmizin həyatında yeni mərhələnin başlanğıcı olduğu vurğulanıb.

Bildirilmişdir ki, ölkə ərazisində sosial-iqtisadi böhranın hökm sürdüyü, hərc-mərcliyin tüğyan etdiyi, vətəndaş müharibəsinin getdiyi bir dövrdə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı xalqın və dövlətin taleyində həlledici rol oynayıb.

Heydər Əliyev ideyaları əvəzolunmaz miras olaraq bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan daxili və xarici siyasətin əsasını təşkil edir və Azərbaycanın gələcək inkişafı üçün də əsas prioritet olaraq yaşayacaq.

Tədbirdə iştirak edən AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Qasım Hacıyev çıxışında bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşdığını və bu mühüm nailiyyətin ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin bəhrəsi olduğunu vurğulayıb.

Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.

Tədbirin sonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr edilmiş film nümayiş etdirilib.

İnform.az

Baxış sayı: 76