Dünya
13.06.2018 / 15:09

“Avqustda İlham Əliyevlə...”- Putin

 “Avqustda İlham Əliyevlə...”-
Rusiya Prezidenti Vladimir Putin Moskvanın Azərbaycan dövlət başçısı İlham Əliyevin növbəti səfərinə hazırlaşdığını bildirib.

İnform.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Putin Kremldə İlham Əliyevlə görüş zamanı açıqlama verib:

“Avqustun 30-da baş tutacaq səfər zamanı ikitərəfli münasibətləri əsaslı və dərindən müzakirə edəcəyik”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Rusiyaya işgüzar səfərə gedib. O, iyunun 14-də "Lujniki" stadionunda keçiriləcək futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edəcək.

İnform.az

Baxış sayı: 78