Hərbi
13.06.2018 / 14:52

"Qarşısını ala bilmirik"- Ermənistanda "Polonez" həyəcanı

"Qarşısını ala bilmirik"-
"Belarusun Azərbaycana tanklar, qırıcılar verməsi, hərbçilər hazırlaması bir qayda olaraq görməzdən gəlinib".

İnform.az ordu.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Qevorg Melikyan bildirib.

Melikyan etiraf edib ki, hazırda Ermənistanın Azərbaycan və Belarus arasında baş verən hərbi razılaşmaların qarşısını ala bilmir.

"Belarusun Azərbaycana tanklar, qırıcılar verməsi, hərbçilər hazırlaması bir qayda olaraq görməzdən gəlinib. "Polonezlər" də buna əlamətdar bir sübut oldu. Bu, belə razılaşmaların qarşısını almaq üçün real problemlərimizin olduğunu deməyə əsas verir", - deyə o qeyd edib.

İnform.az

Baxış sayı: 82