Mədəniyyət
13.06.2018 / 12:20

“Gözəlliyi və mədəni irsi qovuşdur” adlı rəsm müsabiqəsinə yekun vurulub- FOTO

“Gözəlliyi və mədəni irsi qovuşdur” adlı rəsm müsabiqəsinə yekun vurulub-
İyunun 12-də Bakıdakı 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzində “Gözəlliyi və mədəni irsi qovuşdur” adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi keçirilib.

Mədəniyyət Və Turizm nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, tədbirdə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbəri Firuzə Sultanzadə çıxış edərək bildirdi ki, nazirliyin və ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi, “Rəsm” zərgərlik brendinin təşkilatçılığı ilə uşaqlar arasında 22 aprel – Yer gününə (Earth Day) həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilib.

Gəncləri ətraf mühit məsələləri barədə maarifləndirmək və istedadları üzə çıxarmaq məqsədilə keçirilən müsabiqədə 6-16 yaşında uşaqlar iştirak edib. Uşaq-Gənclər İnkişaf Mərkəzində Yer günü ilə əlaqədar məktəblilərlə açıq dərs və müzakirələr keçirilib. Bir ay davam edən müsabiqəyə Azərbaycanın hər guşəsindən uşaqların çəkdiyi rəsmlər təqdim edilib.

“Rəsm” zərgərlik evinin rəhbəri Rəsminə Qürbətova müsabiqənin keçirilməsinin məqsədini açıqladı. Diqqətə çatdırdı ki, milli irsi paylaşmaq, gənc nəslə təbliğ etmək məqsədilə təşkil edilən müsabiqə milli naxışların uşaqlara tanıdılmasına, onların düşüncəsində milliliyin təcəssümünə xidmət edir. O, balaca rəssamlara milli mədəni irsimizin dərindən öyrədilməsinin vacibliyini vurğuladı. Bildirdi ki, müsabiqəyə 420 rəsm təqdim edilib. Onlardan 60-ı sərgi üçün seçilib.

ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə müşavir vəzifəsini icra edən Haydi Smis Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində Yer gününə həsr edilən müsabiqəni əlamətdar hadisə kimi dəyərləndirdi. Bildirdi ki, müsabiqə nəticəsində uşaqlar ətraf mühitə, həyata baxışlarını və milli dəyərlərə münasibətlərini nümayiş etdirmək imkanı qazandılar.

Çıxışlardan sonra 3 yaş kateqoriyasında (6-8, 9-12, 13-16) I, II və III yerin sahiblərinə diplom və hədiyyələr təqdim edildi. Müsabiqənin bütün iştirakçılarına sertifikatlar verildi.

Sonra qonaqlar müsabiqəyə təqdim edilən əsərlərdən ibarət geniş sərgi ilə tanış oldular.

Qeyd edək ki, layihənin təşkilatçısı “Rəsm” brendi zinət əşyalarında qədim Azərbaycan naxış və bəzəklərinin müasir interpretasiyasını təqdim edir. Onun məmulatları sadəcə dəbli aksesuar deyil, eyni zamanda Azərbaycanın mədəniyyəti, ənənələri ilə əlaqə yaradır.

“Gözəlliyi və mədəni irsi qovuşdur” adlı rəsm müsabiqəsinə yekun vurulub-


“Gözəlliyi və mədəni irsi qovuşdur” adlı rəsm müsabiqəsinə yekun vurulub-


“Gözəlliyi və mədəni irsi qovuşdur” adlı rəsm müsabiqəsinə yekun vurulub-


“Gözəlliyi və mədəni irsi qovuşdur” adlı rəsm müsabiqəsinə yekun vurulub-


“Gözəlliyi və mədəni irsi qovuşdur” adlı rəsm müsabiqəsinə yekun vurulub-


“Gözəlliyi və mədəni irsi qovuşdur” adlı rəsm müsabiqəsinə yekun vurulub-


“Gözəlliyi və mədəni irsi qovuşdur” adlı rəsm müsabiqəsinə yekun vurulub-


“Gözəlliyi və mədəni irsi qovuşdur” adlı rəsm müsabiqəsinə yekun vurulub-


“Gözəlliyi və mədəni irsi qovuşdur” adlı rəsm müsabiqəsinə yekun vurulub-


İnform.az

Baxış sayı: 84