Sosial
13.06.2018 / 11:45

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!- Paytaxtda bu ərazilərdə su olmayacaq

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!-
[b]Paytaxtda bəzi ərazilərdə su olmayacaq.[/b]

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Xətai rayonu M.Hadi, X.Məmmədov və Vunqtau küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar 13 iyun 2018-ci il tarixində gün ərzində Səməd bəy Mehmandarov, Nəsrəddin Tusi, General Əliağa Şıxlinski küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.[/b]

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

[b]İnform.az[/b]

Baxış sayı: 82