Dünya
13.06.2018 / 11:32

"Yerevanın müttəfiqləri Bakını dəstəkləyirlər"- Ermənistan KİV-i

"Yerevanın müttəfiqləri Bakını dəstəkləyirlər"-
Yaxın günlərdə Ermənistan baş naziri Nikol Paşinyan ilk idarəçilik dövründə ikinci dəfə Rusiyaya səfər edəcək.

İnform.az oxu.z-a istinadən bildirir ki, bu, son günlər aparıcı erməni nəşrlərində əsas müzakirə edilən məsələlərdən biridir.

“1in.am” portalın xəbərinə görə Paşinyanın Rusiyaya səfərində məqsəd futbol üzrə dünya çempionatının açılış mrəasimində iştirak etməkdir, ancaq liderlərin mətbuat xidmətlərinin məlumatında Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə də görüşəcəyi bildirilib.

“Əlbəttə, Ermənistan kimi kasıb ölkənin liderinin yalnız idman məsələsinə görə səfəri böyük fəxr olardı”, - nəşrin məlumatında deyilir.

Erməni KİV təsdiq edir ki, Yerevan üçün daha qəddar KTMT və AİB-dəki vəziyyətdir:

“Ermənistanın nominal müttəfiqləri nəinki bəyanatlarında, həmçinin işlərində Azərbaycanı dəstəkləyir”.

Nəşr yazır ki, Ermənistanın problemlərinin daha məzmunlu, iç tərəfi var:

“Öz idarəetmə müddətində baş nazir birtərəfli xarici siyasət yeridərək, yalnız Rusiyaya qarşı böyük fəallıq göstərir. Nikol Paşinyan bəyan edib ki, onun əsas məqsədi ölkəni Avropa modeli üzərində qurmaqdır”, - sayt yazır.

İnform.az

Baxış sayı: 104