Hüquq
13.06.2018 / 11:07

"DGK-si jurnalistlər üçün bir aylıq kurslar təşkil edəcək Səfər Mehdiyev

"DGK-si  jurnalistlər üçün bir aylıq kurslar təşkil edəcək
"Dövlət Gömrük Komitəsi jurnalistlər üçün bir aylıq kurslar təşkil edə bilər".

İnform.az olke.az-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycan gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda seminarda çıxışı zamanı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

Komitə sədri deyib ki, kurslar gömrük xidmətində qanunvericiliyin icrasının yaxından öyrənilməsi ilə bağlı olacaq:

"Mən tapşırıq vermişəm. Biz bu cür seminarları turizm bölgələrində də təşkil etməyə hazırıq. Bu gələcəkdə jurnalistlərin gömrük xidmətlərində fəaliyyət göstərməsi üçün də yaxşı addım olar".

İnform.az

Baxış sayı: 92