Baş xəbər, Hüquq
13.06.2018 / 09:35

"Ötən gün axtarışda olduğuna görə ümumilikdə 34 nəfər saxlanılıb"- DİN-in məlumatı

"Ötən gün axtarışda olduğuna görə ümumilikdə 34 nəfər saxlanılıb"-
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 121 cinayət faktı qeydə alınmış, onların da 29-u “isti izlər”lə açılıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

İnform.az

Baxış sayı: 73