Diaspora Akademiyası
13.06.2018 / 09:00

“Vətənpərvər” – Azərbaycanın Diaspor Təşkilatları Birliyi Ramazan ayı münasibətilə tədbir keçirib- Misirdə(Foto)

“Vətənpərvər” – Azərbaycanın Diaspor Təşkilatları Birliyi Ramazan ayı münasibətilə tədbir keçirib-
“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Ramazan ayı münasibətilə tədbir keçirib.

Birlikdən İnform.az-a verilən məlumata görə, tədbirdə MƏR- dəki səfirliyin nümayəndələri, Misirdə yaşayan azərbaycanlı ailələr və təhsil alan tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən birliyin sədri tədqiqatçı- alim Seymur Nəsirov qarşıdan gələn Ramazan bayramı münasibətilə iştirakçıları təbrik edərək, 23 il ərzində Misirdə yaşadığı müddətdə Azərbaycanı tanıtdırmaq məqsədilə apardığı elmi araşdırmalar və təbliğatlar haqqında geniş söhbət açmışdır. Xüsusilə də diaspora sədri seçiləndən sonra son il ərzində birlik tərəfindən Azərbaycan həqiqətlərinin təbliğatı məqsədilə Misir universitetlərində ,televiziya,radio və qəzetlər vasitəsilə görülən işlərdən söhbət açıb.

Tədbirdə iştirak edən Azərbaycanın MƏR-dəki səfirliyin 3-cü katibi Dr. Emil Rəhimov çıxışında qarşıdan gələn Ramazan Bayramı münasibətilə tədbir iştirakçıları təbrik edərək hər zaman cənab səfirTural Rzayevin, Misirdə yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan söhbət açdı. “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi nümunəvi bir təşkilat olduğunu qeyd edərək onun son ildə gördüyü fəaliyyətlərindən danışıb.

Xüsusilə də Misirin mötəbər universitetlərində 600 dən çox tələbəyə Azərbaycan dilinin tədrisi ilə yanaşı, Azərbaycan həqiqətlərini təbliğ etməsi və diaspora mərkəzində Azərbaycan və Ərəb dilləri, xəttatlıq və dekorasiya fənnləri başda olmaqla dünyanın müxtəlif ölkələrindən gələn 130 dan çox tələbənin təmənnasız tədris olunması təqdirtə layiq olduğunu qeyd etmişdir. Bu fəaliyətlər ölkəmizi tanıtdırmaqda mühüm amillərdən biri olduğunu diqqətə çatdırıb.

Tədbirin sonunda birliyin sədr müavini Ceyhun Xəlilov belə tədbirlərin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu tədbirlərin mütəmadi şəkildə keçirilməsi Azərbaycanlılar arasında dostluq əlaqələrini daha da möhkəmləndirəcək.Tədbirin sonunda , iftar süfrəsindən sonra uşaqlara hədiyyələr də təqdim olunub.

“Vətənpərvər” – Azərbaycanın Diaspor Təşkilatları Birliyi Ramazan ayı münasibətilə tədbir keçirib-


“Vətənpərvər” – Azərbaycanın Diaspor Təşkilatları Birliyi Ramazan ayı münasibətilə tədbir keçirib-


“Vətənpərvər” – Azərbaycanın Diaspor Təşkilatları Birliyi Ramazan ayı münasibətilə tədbir keçirib-


“Vətənpərvər” – Azərbaycanın Diaspor Təşkilatları Birliyi Ramazan ayı münasibətilə tədbir keçirib-


İnform.az


Baxış sayı: 116