Dünya, Hadisə
13.06.2018 / 05:30

Qreypfrut böyüklüyündə dolu yağıb- Ukraynada (Foto)

Qreypfrut böyüklüyündə dolu yağıb-
Ukraynanın qərbində göy gurultusu və dolu ilə müşayiət olunan qasırğa baş verib.

İnform.az "Report"-a istinadən xəbər verir ki, ölçüsü kiçik qreypfrut boyda olan dolunun yağması nəticəsində yaşayış evlərinə ziyan dəyib, ağaclar aşıb.

Fövqəladə hallar xidmətinin məlumatına görə, təbiət hadisəsi zamanı 182 evin dam örtüyünə ziyan dəyib. Fəsadların aradan qaldırılmasına yanğınsöndürən və xilasedicilər cəlb olunub.

Qreypfrut böyüklüyündə dolu yağıb-


İnform.az

Baxış sayı: 114