Elm-təhsil
12.06.2018 / 17:50

ŞAD XƏBƏR!- Bu abituriyentlər ali məktəblərə imtahansız qəbul olunacaqlar

ŞAD XƏBƏR!-
Azərbaycanda beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə imtahansız qəbul olunacaqlar.

İnform.az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Təhsil haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanuna təklif edilən dəyişikliyə əsasən, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.

İnform.az

Baxış sayı: 51