Hüquq
12.06.2018 / 17:20

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik  dövriyyədən çıxarılıb
Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ötən gün növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Göyçay rayon sakini Rüstəm Səmədov və Ağdaş rayon sakini Tahir Məmmədov saxlanılıb. R.Səmədova məxsus avtomobilə baxış keçirilən zaman oradan ümumi çəkisi 75,174 qram heroin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı həmin şəxslər narkotik vasitəni Şirvan şəhər sakini Yusif Abbaszadədən aldıqlarını etiraf ediblər.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Y.Abbaszadə saxlanılaraq şöbəyə gətirilib.

Saxlanılan şəxslər götürülmüş maddi sübutla birgə istintaqa təhvil veriliblər.

Faktla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.


İnform.az

Baxış sayı: 48