Mədəniyyət
12.06.2018 / 17:12

Uşaq musiqi və incəsənət məktəblərinin məzunlarına diplomlar təqdim ediləcək

Uşaq musiqi və incəsənət məktəblərinin məzunlarına diplomlar təqdim ediləcək
13 iyun 2018-ci il tarixində, saat 15:00-da L. və M.Rostropoviçlər adına 21 nömrəli 11 illik Musiqi Məktəbində (Bakı şəhəri, A.Gəraybəyli küçəsi, 2) 2017-2018-ci tədris ili üzrə uşaq musiqi və incəsənət məktəblərini fərqlənmə ilə bitirən məzunların təltifolunma mərasimi keçiriləcək.

Bu barədə İnform.az-a Mədəniyyət nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, şagirdlərə diplomları mədəniyyət naziri Əbülfəs Qarayev təqdim edəcək.

Təltifolunma mərasimindən sonra prezident təqaüdçüsü olan şagirdlərin çıxışlarından ibarət konsert təqdim olunacaq:

Jalə Mailova (fortepiano) - R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbi

Məhəmmədəlizadə Behnam Mehta (qanun) - Ş.Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbi

Mahir Hacıyev (kamança) - L. və M.Rostropoviçlər adına 21 nömrəli 11 illik Musiqi Məktəbi

Kamran Talıblı (fleyta) - L. və M.Rostropoviçlər adına 21 nömrəli 11 illik Musiqi Məktəbi


İnform.az

Baxış sayı: 44