Baş xəbər, Hüquq
12.06.2018 / 17:35

DİN nəqliyyat vasitələri sahiblərinə müraciət etdi- FOTO

DİN nəqliyyat vasitələri sahiblərinə müraciət etdi-
Daxili İşlər Nazirliyi (DİN) nəqliyyat vasitələri sahiblərinə müraciət edib.

DİN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, nazirlik sürücülərin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar, sənədlər bəzi zəif iradəli, kriminala meyilli şəxslər tərəfindən oğurlana bilər.

Belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, Təhlükəsiz Şəhər kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar.

DİN nəqliyyat vasitələri sahiblərinə müraciət etdi-


DİN nəqliyyat vasitələri sahiblərinə müraciət etdi-


DİN nəqliyyat vasitələri sahiblərinə müraciət etdi-


DİN nəqliyyat vasitələri sahiblərinə müraciət etdi-


İnform.az

Baxış sayı: 52