Sosial
12.06.2018 / 17:00

Qanun pozucusu barəsində akt tərtib olunub- Qubada(Foto)

Qanun pozucusu barəsində akt tərtib olunub-
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.

Bu bu barədə İnform.az-a ETSN-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Quba rayonu ərazisində keçirilənreyd zamanı Zərdabi qəsəbəsi ərazisində Taleh Qəribova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,7 m3 həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 812,35 manat məbləğində ziyan tətbiq edilib.

Qanun pozucusu barəsində akt tərtib olunub-


İnform.az

Baxış sayı: 48