Hərbi
12.06.2018 / 16:20

Füzulidə raket hissəsi tapılıb- FOTO

Füzulidə raket hissəsi tapılıb-
Bu gün saat 11:18-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 11:26-da Daxili İşlər Nazirliyinin 102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Üçüncü Zobcuq qəsəbəsi, ev 101 ünvanında 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd PQ-7 raketinin arxa mühərrik hissəsi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin arxa mühərrik hissəsinin tapıldığı yerin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Füzulidə raket hissəsi tapılıb-


Füzulidə raket hissəsi tapılıb-


Füzulidə raket hissəsi tapılıb-


İnform.az

Baxış sayı: 41