Hərbi
12.06.2018 / 15:40

"Təhlükəli əşya və qurğu aşkarlanmayıb"- ANAMA

"Təhlükəli əşya və qurğu aşkarlanmayıb"-
Bu gün saat 11:00-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 11:26-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Muğanlı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağstafa rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən hərbi təyinatı olmayan metal əşya aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Metal əşyanın tapıldığı yerin ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

"Təhlükəli əşya və qurğu aşkarlanmayıb"-


"Təhlükəli əşya və qurğu aşkarlanmayıb"-


"Təhlükəli əşya və qurğu aşkarlanmayıb"-


"Təhlükəli əşya və qurğu aşkarlanmayıb"-


İnform.az

Baxış sayı: 42