Sosial
12.06.2018 / 14:55

“Bu qoxuya görə adam utanır”- Millət vəkili

 “Bu qoxuya görə adam utanır”-
“Dənizin bulvar hissəsinə axıdılan tullantılar orada üfunət qoxusunun yayılmasına səbəb olur. Bu qoxuya görə adam xarici vətəndaşların yanında utanır”.

İnform.az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisdə çıxışı zamanı deyib.

Millət vəkili həmçinin məişət tullantılarının çeşidlənməsi və daşınması ilə bağlı problemin illərdir qalmasına da diqqət çəkib:

“Dünyanın bir çox ölkələrində zibillər çeşidlənir. Bu onun emalını da asanlaşdırır. Lakin bizdə bu məsələ həllini tapmır. Bundan başqa, məişət tullantılarının daşınması da ciddi problemdir. Bu tullatılar ötən əsrin 60-cı illərindən qalmış kolxoz maşınları ilə daşınır, bəzən küçəyə dağılır. Bakı Şəhər İcra Hakimiyyəti bu məsələni həll etməlidir”.

İnform.az

Baxış sayı: 73