Diaspora Akademiyası
12.06.2018 / 14:25

Yunus Oğuz mükafatlandırılıb- Özbəkistanda

Yunus Oğuz mükafatlandırılıb-
Yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.

İnform.az Trend-ə istinadən bildirir ki, fəxri fərmanda qeyd olunur ki, iki ölkə arasında ədəbi əlaqələrin dərinləşməsi, özbək tarixinin, ədəbiyyatının fəal təbliği, habelə xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfələrinə görə azərbaycanlı yazıçı, tarixi romanlar müəllifi Yunus Oğuz Özbəkistan-AzərbaycanDostluq Cəmiyyətin fəxri fərmanı ilə təltif olunur.

Bununla əlaqədar Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan Mədəniyyət Mərkəzinə məktub ünvanlayıb.

Qeyd edək ki, fəxri fərmanı Dostluq Cəmiyyətinin sədri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov imzalayıb.

Ötən müddət ərzində Yunus Oğuzun “Əmir Teymur”, “Sultan Alp Arslan”, “Şah arvadı və Cadugər”, “Atabəy Eldəgiz” əsərləri özbək dilinə tərcümə olunaraq Daşkənddə çap olunub, hazırda yazıçının aprel hadisələri haqqında “Ovçu” əsərinin özbək dilinə çevrilməsi üzərində iş gedir.

Yazıçının kitablarının dəfələrlə Özbəkistanda – Daşkənd, Səmərqənd və Kokandda təqdimatları keçirilib.

Yunus Oğuzun “Əmir Teymur” əsəri Özbəkistanda böyük rezonans yaradıb və xalq arasında geniş yayılıb. Yazıçının əsərləri Özbəkistanda ən çox satılan nəşr kimi geniş tirajlanır.

İnform.az

Baxış sayı: 71