Elm-təhsil
12.06.2018 / 14:20

ADAU-da akademik Cəlal Əliyevin 90 illiyi ilə bağlı tədbir keçirilib-

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar 22 may 2018-ci il tarixli Sərəncam imzalamışdır.

Akademik Cəlal Əliyev biologiya elminin bir sıra yeni istiqamətlərini müəyyən etmiş və onun aktual problemrərinin həllinə samballı töhfələr verib.

Ölkədə bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidmətləri olub.

O, ömrünün böyük bir hissəsini Azərbaycanda dənli-taxıl bitkilərinin yeni sort və hibridlərinin yarandılmasına da həsr edib.

Bu nöqteyi nəzərdən Azərbaycan Dövlət Aqrar Universiteti də akademikin 90 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb və tədbirlər planına uyğun olaraq, aqronomluq fakültəsinin “Taxıl və paxlalı bitkilər sahəvi laboratoriyası”nda professor müəllim heyəti, tələbələr və bölgənin bir sıra fermerləri ilə auditoriyada və taxıllar üzrə nümayiş sahəsində tarla günü keçirib.

Univeristetin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri, dosent Aynur Həsənova, Taxıl və paxlalı bitkilər sahəvi laboratoriyasının müdiri, dosent Firuddin Qurbanov, biologiya kafedrasıının müdiri professor Zaur Hümbətov, aqronomluq fakültəsinin 3-ci kurs tələbəsi Nurlan Qədirov, taxılçılıqla məşğul olan fermer Fikrət Verdiyev və digərləri çıxış edərək, akademik Cəlal Əliyevin biologiya, eləcə də aqrar elmə verdiyi töhfələrdən bəhs ediblər.

Sonda qonaqlar ADAU-nun taxıllar üzrə nümayiş sahəsi ilə tanış olublar.

ADAU-da akademik Cəlal Əliyevin 90 illiyi ilə bağlı tədbir keçirilib-


ADAU-da akademik Cəlal Əliyevin 90 illiyi ilə bağlı tədbir keçirilib-


ADAU-da akademik Cəlal Əliyevin 90 illiyi ilə bağlı tədbir keçirilib-


ADAU-da akademik Cəlal Əliyevin 90 illiyi ilə bağlı tədbir keçirilib-


ADAU-da akademik Cəlal Əliyevin 90 illiyi ilə bağlı tədbir keçirilib-

ADAU-da akademik Cəlal Əliyevin 90 illiyi ilə bağlı tədbir keçirilib-


İnform.az

Baxış sayı: 46