Dünya, Siyasət
12.06.2018 / 14:05

Koçaryan və Sarkisyanın "cangüdəni" Paşinyanı qoruyacaq

Koçaryan və Sarkisyanın "cangüdəni" Paşinyanı qoruyacaq
Ermənistan təhlükəsizlik xidmətinin dövlət mühafizəsi xidməti rəisi təyin edilib.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyanın əmri ilə milli təhlükəsizlik xidmətinin dövlət mühafizəsi xidməti rəisi Hraçya Harutyunyanı tutduğu vəzifədən azad edib, digər əmrlə bu vəzifəyə Qriqori Hayrapetov təyin edilib.

Xatırladaq ki, daha öncə Ermənistanın dövlət mühafizəsi xidməti rəisinin müavini olan polkovnik Qriqori Hayrapetov birinci şöbənin rəisi idi.

O, 1991-ci ildən indiyədək dövlət rəhbərinin təhlükəsizliyinə cavabdehdir və Ermənistanın əvvəlki 3 prezidentinin, indi isə baş nazir Nikol Paşinyanın təhlükəsizliyini təmin edir.

İnform.az

Baxış sayı: 48