Hüquq
12.06.2018 / 14:00

Kabel oğruları saxlanılıblar- Neftçalada

Kabel oğruları saxlanılıblar-
Neftçala Rayon Polis Şöbəsinə ərazidə yerləşən istehsalat müəssisələrinin birindən ümumi dəyəri 16000 manat olan 200 metr kabelin oğurlanması barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan İnform.az-a verilən məlumata görə, Neftçala RPŞ-nin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Elnur Mənəfov, Röyal Mehdiyev və Fərid Babayev saxlanılıb.

Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf ediblər. Oğurladıqları kabellər onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.


İnform.az

Baxış sayı: 61