Sosial
12.06.2018 / 11:30

Nazirdən yeni təyinat- Vüqar Kərimova yeni vəzifə verildi

Nazirdən yeni təyinat-
Ekologiya və Təbii Sərvətlər nazirliyinə yeni aparat rəhbəri təyin olunub.

İnform.az unikal.org-un əldə etdiyi məlumata istinadən bildirir ki, nazir Muxtar Babayevin əmri ilə Kərimov Vüqar Nəzir oğlu qurumun aparat rəhbəri təyin olunub.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, Vüqar Nəzir oğlu Kərimov bundan əvvəl Azərikimya İB-nin İcraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini vəzifəsində çalışıb.

İnform.az

Baxış sayı: 59