Hüquq
12.06.2018 / 11:19

Polis yenə məktəblilərlə bir arada- FOTO

Polis yenə məktəblilərlə bir arada-
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin və Veteranlar şurasının təşkilatçılığı ilə rayonun Dəvəçi kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Gənclər və İdman Nazirliyinin nümayəndələri, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri açan məktəbin direktoru keçirilən tədbir və təşkilatçılığa görə RPŞ-nin rəhbərliyinə öz təşəkkürü bildirərək, sözü RPŞ-nin rəis müavini Laçın Hacıyevə verib.

Öz çıxışında polis polkovnik-leytenantı ölkədə narkomaniyaya qarşı görülən tədbirlərdən söz açaraq, daxili işlər orqanları əməkdaşları tərəfindən ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində görülən tədbirlərdən bəhs edib. Yuxarı sinif şagirdlərini məzun olmaları münasibətilə təbrik edən rəis müavini, onların müstəqil həyata atıldıqları və bu həyat yolunda diqqətli olmalarını məsləhət görüb. Pis vərdişlərdən uzaq durmalı, ətraflarında “ağ ölümə” düçar olan şəxslərin yalan vədlərinə inanaraq gözəl gələcəklərini məhv etməməlini bildirib.

Sonra çıxış edən Şabran RPŞ Veteranlar Şurasının sədri, istefada olan polis polkovnik-leytenantı Valeh Sadıqov narkomaniyaya düçar olmuş şəxslərin bu bəladan qurtula bilmədiklərini, narkotik vasitələrin təsiri altında olanların bir çox cinayətləri törətdiklərini bildirib.

Erkən nigaha daxilolma mövzusuna da toxunan V.Sadıqov yeniyetmə vaxtlarında qızların ailə qurmasını onların gələcəkdə onların fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib.

Daha sonra çıxış edən polis əməkdaşları keçirilən belə tədbirlərin gənclərin həyatında böyük rol oynadığını, onların gələcəkdə narkotacirlərin tələsinə düşməməsində və bir fərd kimi yetişmələrində düzgün yol göstərdiyini bildirib. Sonu olmayan, insanı günü-gündən daha da alçaldan vərdişdən uzaq durmağı məsləhət görüblər.

Polis yenə məktəblilərlə bir arada-


Polis yenə məktəblilərlə bir arada-


Nizam Həmidov/polis leytenantı

Baxış sayı: 51