Elm-təhsil
12.06.2018 / 11:00

“Naxçıvan ədəbi mühitinin yetirməsi: Seyid Səbri” adlı monoqrafiya çap olunub

“Naxçıvan ədəbi mühitinin yetirməsi: Seyid Səbri” adlı monoqrafiya çap olunub
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Naxçıvanədəbi mühitinin yetirməsi:Seyid Səbri” adlı monoqrafiyası işıq üzü görüb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən İnform.az-a verilən məlumata görə, Seyid Səbrinin həyatı, fəaliyyəti və yaradıcılığı haqqında sistemli araşdırmaların nəticəsi olan yeni nəşr filologiya üzrə elmlər doktoruHüseyn Həşimlininelmi redaktorluğu, filologiya üzrə fəlsəfə doktorları-Ramiz Qasımov və Əli Həşimovun rəyi ilə çap olunub.

Monoqrafiyada XX əsrin 20-70-ci illərində Naxçıvan ədəbi mühitində özünəməxsus iz buraxan Seyid Səbri Əsədlinin (1896-1974) mühiti, həyatı, ədəbi fəaliyyətinin əsas istiqamətləri və bədii yaradıcılığından bəhs olunur.

Əsərdə ilk dəfə olaraq Seyid Səbrinin vaxtı ilə mətbuatda dərc edilən yazıları, bu günədək heç yerdə çap olunmayan lirik və satirik şeirləri, felyetonları və pyesləri tədqiqata cəlb edilib.

İnform.az

Baxış sayı: 59