Baş xəbər, Sosial
12.06.2018 / 10:40

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!- Mikrorayonlarda su olmayacaq

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!-
"Bakının bir sıra ərazilərində su olmayacaq."

Bu barədə İnform.az-a "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhəri Mir Cəlal və H.Seyidzadə küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar 12 iyun 2018-ci il tarixində gün ərzində Nəsimi rayonu 1, 2, 3, 4, 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

İnform.az

Baxış sayı: 46