İdman
12.06.2018 / 10:30

Yubiley yarışında gözəl təəssüratlar yaşandı- FOTO

Yubiley yarışında gözəl təəssüratlar yaşandı-
Vaxtaşırı daxili işlər orqanlarının əməkdaşları arasında müxtəlif tətbiqi idman növləri üzrə yarışlar keçirilir.

Tək mənim yox, elə bütün belə yarışları izləyənlərin qənaəti belədir ki, bu tədbirlər beynəlxalq yarışlardan heç də geri qalmır. Çünki bu yarışlara qatılan idmançı əməkdaşlarımız arasında dünya və Avropa çempionları, beynəlxalq turnirlərin qalibləri qatılaraq güclərini sınayırlar.

Başqa sözlə desək, idmançılarımızın nailiyyətləri, qazandıqları qələbələr artdıqca, texniki və fiziki ustalıqları artır ki, bu da daxili yarışların səviyyəsinin artmasına öz müsbət təsirini göstərir.

Bu yaxınlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş cüdo üzrə DİN birinciliyi keçirildi. Bu yarışda da təmsil olunan əməkdaşların əksəriyyəti beynəlxalq yarışların qalibləri, mükafatçıları idi. Kişilərin yarışında peşəkarlığın olmasına belə deyək öyrəncəliyik.

Amma diqqətimizi bu yarışda qızlarımızın hazırlığı, döyüşkənliyi, fiziki, texniki ustalığı çəkdi.

Onlardan biri Əlahiddə Çevik Polis Alayının polis nəfəri, polis serjantı Nuriyyə Axundova idi. O dəfələrlə ölkə birinciliyinin qalibi olub, beynəlxalq yarışlarda yüksək nəticələr əldə edib.

İllərin təcrübəsi onun hazırlığını daha da artırıb. Bu yarışda da o baş mükafata sahib oldu. Sözarası öyrəndim ki, Çexiyada keçirilən dünya çempionatına hazırlaşır.

Yubiley yarışında gözəl təəssüratlar yaşandı-


Yubiley yarışında gözəl təəssüratlar yaşandı-


Yubiley yarışında gözəl təəssüratlar yaşandı-



Zeyni Hüseynov/DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 80