Baş xəbər, Siyasət
11.06.2018 / 18:46

Prezident İlham Əliyev filippinli həmkarını təbrik edib

Prezident İlham Əliyev filippinli həmkarını təbrik edib
Prezident İlham Əliyev Filippin Prezidenti Rodriqo Rao Duterteyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Filippin arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə və dost Filippin xalqına ən xoş arzularımı yetirirəm".

İnform.az

Baxış sayı: 91