Sosial
11.06.2018 / 17:13

Muxtar Babayev İtaliyanın Azərbaycandakı səfirini qəbul edib- FOTO

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massari arasında tanışlıq görüşü keçirilib.
Bu barədə İnform.az-a ETSN-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüş zamanı ətraf mühit, meşələrin mühafizəsi, su bioresurslarının davamlı idarə edilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Muxtar Babayev İtaliyanın Azərbaycandakı səfirini qəbul edib-



İnform.az

Baxış sayı: 81