Sosial
11.06.2018 / 16:55

Ağac kəsintisi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib

Ağac kəsintisi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, eyd zamanı Ağcabədi rayonu Qaradolaq kəndi ərazisində kök üstə yaş 4-16 sm diametrliyində 57 ədəd iydə ağacının kəsildiyi aşkar olunub.

Araşdırma zamanı ağacların Ağcabədi rayon sakini Namiq Xanalıyev tərəfindən kəsildiyivətəbiətə 6590 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

İnform.az

Baxış sayı: 259