Ədəbiyyat
11.06.2018 / 15:35

Rəsmiyyə Sabirin yeni şeirlər kitabı işıq üzü görüb- "SONUN BAŞLANĞICI"

Rəsmiyyə Sabirin yeni  şeirlər kitabı işıq üzü görüb-
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, tanınmış şair Rəsmiyyə Sabirin yeni “Sonun başlanğıcı” adlı şeirlər kitabı “Avropa” nəşriyyatında işıq üzü görüb.

Nəşrin redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Aygün Həsənoğludur. Kitabda Rəsmiyyə Sabirin yaradıcılığı haqqında Türk Dünyasından olan yazarların onun yaradıcılığı ilə bağlı fikirləri yer alıb.

Kitabda yazarın son illərdə Allah, Vətən, sevgi və sosial mövzularda qələmə aldığı fəlsəfi, lirik şeirləri toplanıb və “Hər şey, səndən başlanıb, hər şey səndə bitir, İlahi”, “Səcdagahım Vətən”, “Səssizliyin ninnisi”, “Həyatın rəsimləri”, “Vətəndən məktublar”, “Yaşamadıqlarım”, “Sevginin şəklinin neqativi” kimi bölmələrdən ibarətdir.

Rəsmiyyə Sabirin yeni  şeirlər kitabı işıq üzü görüb-



M.Zeynalov

Baxış sayı: 390