Diaspora Akademiyası
11.06.2018 / 10:30

AAK Avropa Parlamentinin üzvləri ilə görüşüblər

AAK Avropa Parlamentinin üzvləri ilə görüşüblər
Avropa Azərbaycanlıları Konqresinin təmsilçiləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Avropa ölkələrində təşkil edilən tədbirlər çərçivəsində Avropa Parlamentinin üzvləri ilə görüşüblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, bu barədə AAK prezidenti Sahil Qasimov bildirib.

İlk görüş Avropa Parlamentinin Bolqarıstandan olan millət vəkili İlhan Kuçuklə keçirilib.

Parlament üzvləri ilə görüş böyük əhəmiyyət daşıyır və hər bir dövlətin diaspora təşkilatları Avropa Parlamenti ilə six əlaqədə olmalı, ölkələri haqqında çıxarılan qərəzli,haqsız qərarlara görə hesabattələb etməlidirlər.

İ.Kuçuk Azərbaycanın Brüseldəki səfirliyi ilə sıx əməkdaşlıq etdiyini və Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə çalışdığını deyib.

Növbəti görüş Avropa Parlamentinin Latviyadan olan üzvü İveta Qriqule ilə keçirilib və hər iki deputatla Avropadakı Beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları müzakirə olunub.

Sonda Parlament üzvlərinəingilis dilinə tərcümə olunmuş "Əli və Nino"kitabı hədiyyə edilib.

AAK-ın prezidenti və idarə heyətinin üzvləri Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsqəndərovun dəvəti ilə ADR-ın 100 illiyi münasibəti iləəlaqədar təşkil edilən rəsmi qəbulda istirak ediblər.

İnform.az

Baxış sayı: 56