Diaspora Akademiyası
11.06.2018 / 10:35

Misir televiziyasında Azərbaycana həsr olunan verilişdə nədən bəhs olunub?- Foto-Video

Misir televiziyasında Azərbaycana həsr olunan  verilişdə nədən bəhs olunub?-
Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin təşəbbüsü ilə Misirin "əl-Fədaiyyə əl-Misriyyə" dövlət televiziya kanalında canlı yayımda "Mənim Xanımım" verlişi Azərbaycana həsr edilib.

Birlikdən İnform.az-a verilən məlumata görə, verlişdə diaspora sədr müavini və Aynu Şəms universitetinin Azərbaycan dili müəlliməsi Sədaqət xanım Səmədova, diaspora fəalı və əl-Əzhər universitetinin Azərbaycan dili müəlliməsi İnarə xanım Osmanova və övladları Sandi Səlim və Şeyxəli Nəsirov iştirak ediblər.

Verlişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx nümayiş ediləndən sonra, iştirakçılar Azərbaycanla Misir arasında tarixi və mədəni əlaqələrindən, Azərbaycanın tarixi, coğrafıyası, mədəniyyəti, Ramazan ayının Azərbaycanda hansı şəkildə qeyd olunması və turizm potensialından geniş söhbət açıblar.

Eyni zamandı Azərbaycan mətbəxinin ləziz təamları və milli geyim təqdim olunmuşdur. Və verlişin sonunda uşaqlar Sarı gəlin və dahi şairimiz Səməd vurğunun Azərbaycan şerini oxuyub, ərəb dilinə tərcümə ediblər.

Misir televiziyasında Azərbaycana həsr olunan  verilişdə nədən bəhs olunub?-


Misir televiziyasında Azərbaycana həsr olunan  verilişdə nədən bəhs olunub?-[/center

[center]Misir televiziyasında Azərbaycana həsr olunan  verilişdə nədən bəhs olunub?-




İnform.az

Baxış sayı: 309