Sosial
11.06.2018 / 09:31

ETSN-i yenə şikayəti vaxtında araşdırdı- "MƏCBURİ GÖSTƏRİŞ"

ETSN-i yenə şikayəti vaxtında araşdırdı-
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində məişəttullantılarınınqalaqlanmasıilə bağlı daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Bu barədə İnform.az-a ETCN-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, araşdırma zamanı tullantıların əraziyə Samur-Abşeron Kanalı İstismar və Ceyranbatan Su Təchizatı İdarələrinin işçiləri və torpaq mülkiyyətçisi tərəfindən atıldığı məlum olub.

Faktlarla bağlı Samur-Abşeron Kanalı İstismar İdarəsinin nəzarətçisi Aqil Əsgərov,Ceyranbatan Su Təchizatı İdarəsinin nəzarətçisi Tural Rzayev və torpaq mülkiyyətçisi Xudaqulu Məmmədov barəsində protokollar tərtib olunub və qanun pozucuları ümumilikdə 2100 manat məbləğində cərimə ediliblər.

Tullantıların ərazidən təmizlənməsi üçün Samur-Abşeron Kanalı İstismar və Ceyranbatan Su Təchizatı İdarələrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

İnform.az


Baxış sayı: 82