Dünya, Siyasət
11.06.2018 / 07:30

Trampdan G7 sammitinə zərbə- Fransadan sərt açıqlama

Trampdan G7 sammitinə zərbə-
Kanadada keçirilən G7 sammitindən sonra ABŞ Prezidenti Donald Trampa qarşı sərt açıqlamalar səsləndirilib.

İnform.az teleqraf.com-a istinadən bildirir ki, xəbər verir ki, G7 zirvəsi Trampın ev sahibi Kanadaya sərt iradlar bildirməsi və sammitin yekununda birgə bəyannaməyə imza atmaması ilə sona çatıb.

Fransa Prezidenti Emmanuel Makronun ofisi sammitdə Trampın mövqeyinə cavab olaraq "Beynəlxalq əməkdaşlıq əsəb və düşünülməmiş bəyanatlarla diktə edilə bilməz" açıqlaması verib.

"Röyters" açıqlama verən ABŞ rəsmisi isə Kanada baş naziri Justin Trüdonun ABŞ-ı "kürəyindən bıçaqladığını" bildirib.

Qeyd edək ki, sammitin əsas mövzusu yeni ticarət münaqişələri olub. G7-nin üzvü olan altı ölkənin maliyyə nazirləri sammitöncəsi keçirilən toplantıda Vaşinqtonu polad və alüminum idxalı üçün yeni vergiləri ləğv etməyə çağırmışdı.

Xatırladaq ki, ABŞ-ın 1 iyundan Avropa Birliyi, Kanada və Meksikadan idxal edilən polada 25, alüminiuma isə 10 faiz əlavə gömrük vergisi tətbiq etməyə başlayıb. Bu addımın xüsusən Avropa ilə ABŞ arasında ticarət müharibələri başlaması səbəb ola biləcəyi vurğulanıb.

İnform.az

Baxış sayı: 94