Müsahibə
11.06.2018 / 12:00

Qurd- Türkün and yeri, inanc yeridir...

Qurd- Türkün and yeri,  inanc yeridir...
Dədə-babadan şəhidin qanı ilə alimin mürəkkəbi bərabər tutulub həmişə.

Bir alim ziyasinin nurundan etrafdakıların üzünə və bütün aləmə şəfəq saçılıb.

Dünyaya, cəmiyyətə hər bir ziyalı insan öz baxış bucağından, öz söz prizmasından fərqli düşüncə tərzindən yanaşması labüddür.

Müsahibim Elçin İsmayılov (Muradxanlı) Filologiya elmləri üzrə fəlsəfə doktorudur. AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun əməkdaşıdır.

Elmi əsərləri ilə yanaşı, Elçin müəllim həm də yaxşı şairdir.

Onun şer kitablarından biri olan "Türkün nəğməsi" kitabını vərəqləyirəm.

Hər hansı bir mövzuya toxuna bilir və yanaşdığı mövzunu incəliklərinə qədər sanki, rəngarəng zərif toxunuşlu, baxanı valeh edən bir xalı toxuyur.

İstər sevgi şerləri, istər vətənpərvərlik ruhunda, istərsə də başqa mövzularda ustalıqla işləyir...

Lap zərgər dəqiqliyi ilə...

Qəlb şairləri dilə gətirir. Yeganə bir həqiqət var ki, şairlər Allaha yaxın olurlar.

Şamaxı kökənli olsa da, Kürdəmir rayonunun Muradxan kəndində doğulub, boya-başa çatıb Elçin müəllim.

Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedoqoji İnstitutunun Ədəbiyyat fakültəsinə daxil olub.

Ali təhsilini bitirdikdən sonra bir müddət doğulduğu Kürdəmir rayonunda pedoqoji fəaliyyətlə məşğul olub. Sonralar Bakı şəhərinə köçüb.

Qəribə olsa da söbhətə belə başladıq:

-Elçin müəllim, rayonunuzun adı nə ilə bağlıdır? -Kürd Əmir, yoxsa Kür dəmir?

Onun nəzərləri uzaq nöqtəyə dikilir, və:

-Bəzən, bunu Kür çayının rayonumuzun ərazisindən keçdiyi üçün əlaqələndirirlər.

Lakin bu belə deyil. "Türk-Qurd etnosu, araşdımalar, çözümlər" adlı tarixi mövzuda yazdığım bu kitabda buna aydınlıq gətirmişəm.

Harada Qurd var, orada Türk var.

Qurd -Türkün and yeri, inanc yeridir. Belə deyim də var: "Görüm səni, qurdun ulasın".

Bildiyimiz kimi Qurd yeddi ildən bir ulayır. Qurd vahiməli səslə ulayanda niyyət hasil olur.

-Yenidən qayıdaq kitaba.


-Qurdəmir-1782-ci ildə İravan əyalətinin Dərələyəz nahiyəsində kənd adıdır. Mənbəədə qeyd olunur ki, kənddə adam yaşamır. Şiə olduğuna görə köçüb gediblər.

Qurd -sözü Türkün əlifbasından yaranıb. Harada Türk varsa, orada comərdlik var. Türk zaman-zaman yasadığı dövrdən bu günə kimi qəhramanlıq səlnaməsini nizəylə, qılıncla, top-tüfənğlə tarixə qizil həriflərlə həkk edilib.

-Elçin müəllim, gənclərin mütaliəsizliyinə necə baxırsız?

-Mən Pedoqoji Universitetdə dərs deyirəm. Tələbələrin intellekti, bilik səviyyəsi, davranış qaydaları qənaətbəxşdir.

Təbii ki, müasir texnologiyalardan, sosial şəbəkələrdən istifadə etməmək qaçılmaz bir haldır. O ki, qaldı mütaliəsizliyə, bu məni də narahat edir.

-Yaxşı vicdan, təmiz vicdan rahat yastıqdır.

-Mən dəyişkən xarakter deyiləm. Necəyəmsə, elə buyam. İşdə, akedemiyada öz işimlə məşqulam. Sakit həyat tərzi keçirirəm. Mənə elə gəlir həyatın gözəlliyi də rahatlığı da elə bundadır.

-Bizim milli dəyərlərimizdən biri də mental Azərbaycan ailəsidir.


-Son illər ğdəbiyyatımızın, mədəniyyətimizin əks etdirməli olduğu dəyərlərdən biri də milli ailə dəyərlərimizdir.

Belə bir atalar sözü var: "Ailədə hörmət qazana bilməyən, eldə sayılmaz".

Əlbəttə, elə düşünsək ailə dəyərləri yalnız bizdə qorunur. Lap Şeyx Şamil kimi...

Valideyinə hörmət, övlada qayğı, qocalarına sahib çıxmaq. Yalnız bu bizdə var.

Dilçidir. Öz peşəsinə ürəkdən yanaşır. Hər bir sözündə, cümləsində bu peşəkarlıq özünü büruzə verir.

Hətta, üz cizgilərində belə ehtiva olunur.

Qəhraman oğullar doğular bizdə,
Qıy vurar göylərdə, cəng edər düzdə,
Döyüşən Tomris var təranəmizdə,
Tarixdən o yana adımız gələr...

Elçin Muratxan öydüyü Türk millətinin övladı olduğu üçün fəxarət hissi duyur.

Səmayə Güləli qızı/şairə-publisist

Baxış sayı: 118