Din
08.06.2018 / 18:51

“İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib- Lənkəranda(Foto)

“İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib-
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Təhsil Şöbəsi və İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəran rayonu Xarxatan kənd tam orta məktəbində “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.

Bu barədə İnform.az-a şöbədən məlumat verilib.

Məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları Ramin Hüccətov, Cəmil Axundzadə, Xarxatan kənd tam orta məktəbinin direktoru Faiq Babayev, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Xarxatan kənd tam orta məktəbinin direktoru Faiq Babayev çıxışında keçirilən tədbirin əhəmiyyəti haqqında fikirlərini bildirib.

İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov İnsan hüquq və azadlıqları haqqında, bu sahədə qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar haqqında məlumat verərək, ölkəmizdə bu sahədə görülən işləri, həyata keçirilən layihələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşları Ramin Hüccətov və Cəmil Axundzadə uşaq hüquqları haqqında, uşaqların təhsil hüququ haqqında çıxış edərək, ölkəmizdə insan hüquq və azadlıqlarının tam şəkildə qorunduğunu qeyd ediblər. Natiqlər, əlavə ediblər ki, Şərqdə qadınlara ilk dəfə səsvermə hüququ Azərbaycanda verilib.

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının konstitusiyasında olan maddələrin 1/3-nin insan hüquq və azadlıqlarına həsr edildiyini, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində mütərəqqi tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib-


“İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib-


“İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib-


“İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib-


“İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib-


İnform.az


Baxış sayı: 132