Dünya, Hərbi
08.06.2018 / 15:18

"Məhkəmələr pulunu ver, evinə get üsulları ilə işləyir" - Erməni hərbiçinin etirazı

"Məhkəmələr pulunu ver, evinə get üsulları ilə işləyir" -
Ermənistanın məhkəmə sistemi korrupsiya və qanuna zidd fəaliyyətlərdən heç cür azad ola bilmir.

İnform.az ordu.az-a istinadən xəbər verir ki, Kotayk vilayətinin ümumi yurisdiksiya məhkəməsinin hakimi Qor Şahbazyanın növbəti qanunsuz qərarı barədə məlumatlar yayılıb.

İyunun 6-da "Sevan" cəzaçəkmə müəssisəsində keçirilən səyyar məhkəmə iclasında hakim Şahbazyan, məhkum 42 yaşlı Aşot İsaxanyanın vaxtından əvvəl azad edilməsi barədə ərizə müraciətini rədd edib.

Erməni KİV-lərinə göndərdiyi məktubda, keçmiş döyüşçü bəzi detalları açıqlayıb. O əmindir ki, hakim və prokurora rüşvət vermədiyi üçün barəsində vaxtından əvvəl azad olunmasına dair müsbət qərar verilməsi rədd edilib.

"Vaxtından öncə azad edilmək üçün rüşvət vermək məcburidir, vermədinsə azad edilməyəcəksən. Məhkəmələr Serjin (Serj Sarkisyan) təyin etdiyi, pulunu ver evinə get üsulları ilə işləməyə davam edirlər”, - deyə o etiraz edib.

İsaxanyan rüşvət barədə konkret fakta malik olduğunu qeyd edib. O, məhkumlardan birinin 10 min dollar rüşvət verərək azad edildiyini qeyd edib. İkinci dəfə vaxtından əvvəl azad edilməsi üçün müraciəti rədd edilən İsaxanyan bildirib ki, Ermənistanda qanun kağız üzərindədir, o ancaq rüşvətlə idarə olunur.

İsaxanyan məsələ ilə bağlı Ermənistanın ədliyyə nazirliyinə müraciət edib, həmçinin Kassasiya məhkəməsinə də müraciət edəcəyini qeyd edib. İşxanyan 2012-2013-cü illərdə məhkəmə qərarı ilə 10.5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, o, artıq 8 ildir həbsdə cəza çəkir. Onun saxlandığı türmə rəhbərliyi vaxtından əvvəl azad edilməsi üçün barəsində müsbət xasiyyətnamə təqdim edib. Yaşadığı Hrazdan şəhərində məhkum İsaxanyanı 1990-1994-cü illərdəki müharibədə iştirak edən şəxs kimi tanıyırlar.

O, 2-ci qrup əlil olmaqla, əlil hasası ilə hərəkət edir və səhhətində problemələri var. Xəstəliyi barədə müvafiq sənədlər məhkəməyə təqdim edilsə də müsbət qərar verilməyib.

"Məhkəmələr pulunu ver, evinə get üsulları ilə işləyir" -


İnform.az

Baxış sayı: 235