Dünya, Hərbi
08.06.2018 / 10:00

"Yeni savaşa hazırlaşın - Qərb bizi tək qoyacaq"- General

"Yeni savaşa hazırlaşın - Qərb bizi tək qoyacaq"-
"Ukrayna Rusiya ilə yeni qarşıdurmaya hazır olmalıdır."

İnform.az axar.az-a istinadən xəbər verir ki, bunu “Apostrof” saytına müsahibəsində Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi İqor Romanenko deyib.

Onun sözlərinə görə, Kiyev Rusiya ilə qarşıdurmada yalnız özünə güvənməlidir:

“Bizim qüvvələrimiz müqaviməti gücləndirməlidirlər. Müdafiəni hazırlamalıyıq və Moskvaya ediləcək hər bir hərbi müdaxilənin ona baha başa gələcəyini göstərməliyik. Bizə hücum olsa, Qərbdən heç kim Ukraynanın yanında olmayacaq. Onlar sadəcə təəssüfləndiklərini və narahat olduqlarını deyəcəklər. Qərb heç bir halda bizim yerimizə vuruşmayacaq”.

İnform.az

Baxış sayı: 66