Dünya, Siyasət
08.06.2018 / 04:00

Tramp İranın öz yolunu sanksiyalara görə dəyişdiyini bildirib

Tramp İranın öz yolunu sanksiyalara görə dəyişdiyini bildirib
ABŞ prezidenti Donald Tramp cümə axşamı əmin olduğu bildirib ki, İran hakimiyyəti öz yolunu Vaşinqtonun tətbiq etdiyi sanksiyalara görə dəyişib.

İnform.az “Report”-a istinadən xəbər verir ki, o bunu Ağ evdə Yaponiyanın baş katibi Sindzo Abe ilə görüşü zamanı jurnalistlərə deyib.

"Yeri gəlmişkən, İrana gəldikdə isə, biz təsiredici sanksiyalar tətbiq edirik. Onlar bunu çox yaxşı başa düşürlər. Düşünürəm ki, İran artıq həmin ölkə deyil. Düşünmürəm ki, onlar indi Aralıq dənizi regionuna iki ay əvvəl olduğu nəzərlə baxırlar, bunda böyük fərq var", - deyə Tramp bildirib.

ABŞ prezidenti yekun nəticədə İranla nəyinsə baş verəcəyinə ümid etdiyini söyləyib.

İnform.az

Baxış sayı: 50