Dünya, Maraqlı
08.06.2018 / 03:40

Fil sirkdən qaçaraq bir müddət şəhərdə gəzib - Almaniyada(Video)

Fil sirkdən qaçaraq bir müddət şəhərdə gəzib -
Çərşənbə günü Almaniyada yaşlı Afrika fili günün günorta çağı sirkdən qaçaraq bir müddət şəhərdə sərbəst şəkildə gəzib.

İnform.az “Report”-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı polisə istinadən "Der Spiegel" nəşri yazıb.

Bildirilir ki, hadisə 65 min nəfərə yaxın insanın yaşadığı Noyvid şəhərində (Reynland-Pfalts federal torpağı) baş verib.

Məlumata görə, sirkdə filin qaçmasından dərhal xəbər tutmayıblar. "Keniya" ləqəbli heyvan tutulana və volyerə qaytarılana qədər şəhərdə 1 kilometr hərəkət edib. Hadisə baş verən ərazidə

nəqliyyatın hərəkəti dayandırılıb. Heç kim zərər çəkməyib.



İnform.az

Baxış sayı: 587