Texnologiya
08.06.2018 / 03:25

Hindistan kosmik layihəyə 1,5 milyard ayırıb

Hindistan kosmik layihəyə 1,5 milyard ayırıb
Hindistan hökuməti kosmik tədqiqatları genişləndirmək məqsədi ilə büdcədən 1,5 milyard dollar ayırmaq barədə qərar qəbul edib.

İnform.az teleqraf.com-a istinadən xəbər verir ki, yeni layihə Baş nazir Narendra Modi tərəfindən təsdiqlənib.

Layihə çərçivəsində ağırlığı 4 tona çatan kosmik peyklərin göndərilməsi üçün yeni mərkəz qurulacaq.

Qeyd edək ki, Hindistan bu ilin fevralında kosmosa 31 ədəd peyk göndərib.

İnform.az

Baxış sayı: 275