Dünya, Siyasət
08.06.2018 / 03:10

NATO-dan Qətərə konkret CAVAB

NATO-dan Qətərə konkret
"Qətər NATO-nun üzvü ola bilməz."

İnform.az Trend-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, buna səbəb NATO-nun Avropa və Şimali Amerika ölkələri üçün nəzərdə tutulmasıdır: "Şimali Atlantika müqaviləsi təşkilatı - Avropa və Şimali Amerika ölkələri üçün olan təşkilatdır, bizim nizamnamədə belə yazılıb".

Y.Stoltenberq əlavə edib ki, Qətər NATO-nun regionda qiymətli tərəfdaşıdır.

İnform.az

Baxış sayı: 107