Texnologiya
07.06.2018 / 17:05

“LG Electronics” şirkəti “LG Q Stylus” smartfonunu təqdim edib

“LG Electronics” şirkəti “LG Q Stylus” smartfonunu təqdim edib
Stilusa malik çərçivəsiz “LG Q Stylus” smartfonu rəsmən təqdim olunub.

Bu, indi dəb halını almış çərçivəsiz dizaynda hazırlanmış və stilusa malik orta səviyyəli smartfondur.

İnform.az ictnews.az-a istinadən bildirir ki, arxa paneldə barmaq izləri skaneri, həmçinin ani “selfi” çəkməyə imkan verir. Smartfon “IP68” səviyyəsində su və toza qarşı dayanıqlıdır və möhkəmlik üzrə “MIL-STD 810G” hərbi standartına malikdir.

Smartfon 1,5 və ya 1,8 QHs takt tezlikli adı məlum olmayan səkkiznüvəli prosessor, “Full HD+” (2160x1080 piksel) təsvir ölçülü 6,2 düymlük ekran, 16 meqapiksellik əsas kamera, 8 və ya 5 meqapiksellik ön kamera, 3 QB əməli və 32 QB daxili fləş yaddaş (microSD formatlı kartların köməyi ilə yaddaşı 2 TB-dək artırmaq mümkündür). Akkumulyator batareyasının tutumu 3300 milliamper/saat təşkil edir.

Smartfon “Android 8.1.0 Oreo” əməliyyat sisteminin idarəetməsi altında işləyir. 2 SİM kart, “Wi-Fi” (802.11 b, g, n), “Bluetooth 4.2”, “NFC”, “FM” radio, “USB Type-C 2.0” portu dəstəklənir.

İyundan etibarən “LG Q Stylus” smartfonu məhdud sayı Şimali Amerika və Asiyada, ilin üçüncü rübündə isə başqa əsas regionlarda təqdim ediləcək.

İnform.az

Baxış sayı: 304