Dünya, Siyasət
07.06.2018 / 16:12

" Ukrayna hücum etsə, məhv edəcəyik"- Putin

" Ukrayna hücum etsə, məhv edəcəyik"-
Rusiya Prezidenti Vladimir Putin canlı yayımda vətəndaşların suallarını cavablandırır. (13.27)

İnform.az axar.az-a istinadən xəbər verir ki, sayca 16-cı canlı yayıma 1.7 milyondan artıq sual ünvanlanıb.

***

Rusiya Prezidenti Vladimir Putin Üçüncü Dünya müharibəsinin necə olacağı sualına Albert Eynşteynin sözləri ilə aydınlıq gətirib.

“Eynşteyni xatırlamaq lazımdır. O deyirdi ki, III Dünya müharibəsinin necə aparılacağını bilmirəm, lakin IV Dünya müharibəsi daş və ağacın köməyi ilə aparılacaq.

III Dünya müharibəsi hazırkı sivilizasiya üçün son ola bilər. Bu, bizi beynəlxalq arenada fövqəladə təhlükəli fəaliyyətlərdən çəkindirməlidir”, – deyə o bildirib.

***

"Əgər futbol üzrə dünya çempionatı zamanı Donbasa hücumla bağlı nəsə olsa, bunun bütövlükdə Ukrayna dövlətçiliyi üçün ağır nəticələri olacaq. Ümid edirəm ki, belə şeylər olmayacaq. Biz hər iki tanınmamış respublikaya yardım edirik və bundan sonra da edəcəyik”, – Putin deyib.



İnform.az



Baxış sayı: 586